Mobil versiya
Bakıda qadın öz ərindən 57700 dollar oğurladı, sevgilisinə verdi - YENİLƏNİB
Tarix: 01-02-2018 | Saat: 17:43
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda qadın öz ərindən 57700 dollar oğurladı, sevgilisinə verdi - YENİLƏNİB



Bakıda qadının həyat yoldaşına məxsus külli miqdarda pulu oğurlaması hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, əslən Saatlı rayonundan olan 40 yaşlı H.İ Binəqədi rayonu 9-cu mikrorayon A.Məmmədov küçəsindəki mənzildə quraşdırdığı seyfdən 57 700 dollar pulun son 3 ayda naməlum şəraitdə yoxa çıxması ilə bağlı polisə müraciət edib. Araşdırmalarla pulların H.İ-nin həyat yoldaşı T.İ tərəfindən götürülərək sevgi münasibətində olduğu R.M-ə ötürdüyü üzə çıxıb.



Bildirilir ki, zərərçəkən H.İ peşəkar iqtisadçıdır. O, lizinq şirkətlərindən birində rəhbər vəzifədə çalışır. Ərinin pullarını gizli talayan qadın isə banklardan birində çalışıb və R.M ilə də bankda işlədiyi vaxt tanış olub.



Qeyd edək ki, H.İ ilə T.İ-nin nikahdan bir qız övladları var.


***

Yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Ötən il noyabrın 16-dan cari ilin yanvar ayının 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57700 ABŞ dollarının oğurlanması məlum olub.

Araşdırmalar zamanı həmin məbləğdə olan pulun ev sahibinin arvadı tərəfindən oğurlanmasına əsaslı şübhələr yarandığından qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan əməliyyat tədbirləri ilə qadının oğurladığı həmin pulu tanışı olan bir nəfərə verməsi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024