Mobil versiya
"Zek" Bakıda 2 kilodan çox heroinlə gəzirmiş
Tarix: 10-01-2018 | Saat: 17:36
Bölmə:Cəmiyyət | çapa göndər

"Zek" Bakıda 2 kilodan çox heroinlə gəzirmiş





Bakıda narkotik maddələrin satışı ilə məşğul olan keçmiş məhkumdan 2 kiloqramdan artıq heroin aşkar olunub.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Oğuz Babayev saxlanılıb.

Polis İdarəsində üzərinə baxış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik maddənin ümumi çəkisinin 2 kiloqram 100 qram yüksək psixotrop təsirə malik heroin olması barədə rəy verilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Araşdırma zamanı O.Babayevin narkotik vasitələrin aludəçisi olduğu müəyyən edilib. O, ifadəsində külli miqdarda heroini satıb gəlir əldə etmək və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirib.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024