Mobil versiya
Lerikdə öz ailə üzvlərinin qızıllarını oğurlayan saxlanıldı
Tarix: 16-12-2017 | Saat: 13:41
Bölmə:Cəmiyyət | çapa göndər

Lerikdə öz ailə üzvlərinin qızıllarını oğurlayan saxlanıldı




Lerik sakini ailəsinin qızıllarını gizlin satarkən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, Lerik şəhər avtovağzalı ərazisində özünü şübhəli aparan şəxs ərazidə xidmət aparan Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun səyyar şəkildə qızıl əşyalar satması şübhə doğurduğundan Lerik Rayon Polis Şöbəsinə dəvət edilib.

Araşdırmalarla onun Şinəband kənd sakini Pərviz Talıbov olması, satmaq istədiyi qızıl əşyalarının isə ailə üzvlərinə məxsus olması, onları gizlin götürərək satmaq istəməsi müəyyən edilib.

Qızıl-zinət əşyaları - boyunbağı, qolbaq, üzük və digər bəzək əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024