Tovuzda araqdan zəhərlənən 52 yaşlı kişi ölüb
Tarix: 15-12-2017, 12:42 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Tovuzda araqdan zəhərlənən 52 yaşlı kişi ölüb




Tovuz rayonunda spirtli içkidən zəhərlənən şəxs ölüb.

Dekabrın 14-də gecə saatlarında komatoz vəziyyətdə xəstəxanaya gətirilən 1965-ci il təvəllüdlü Cəfərov Xəqani Kavış oğlu dərhal süni nəfəs aparatına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin səyinə baxmayaraq X.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə dekabrın 14-də Tovuz rayonunun Cəlilli kəndində baş verib. Kənd sakini, 52 yaşlı X.Cəfərov evində spirtli içkidən zəhərlənərək komaya düşüb. O, komatoz vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.

aia.az



594 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
19-07-2018
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031