Mobil versiya
DİQQƏT! İki gün maqnit qasırğası olacaq
Tarix: 10-10-2017 | Saat: 18:41
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

DİQQƏT! İki gün maqnit qasırğası olacaq


Oktyabrın 13-ü Yerdə güclü maqnit qasırğası başlayacaq. Adalet.az-ın məlumatına görə, qasırğa iki gün, oktyabrın 14-dək davam edəcək.
Bundan başqa, qasırğadan əvvəl – oktyabrın 11-12-də, eləcə də oktyabrın 15-də Yerin maqnitosferinin qasırğanın təsiri altında olacağı bildirilir.
Maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir.
Bu qasırğanın meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir.
Qeyd edək ki, bundan öncə ötən ay sentyabrın 4-də Günəşdə baş vermiş güclü partlayış nəticəsində Yerdə ardıcıl maqnit qasırğaları baş vermişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024