Mobil versiya
Azərbaycanda polis intihar etdi
Tarix: 10-10-2017 | Saat: 13:41
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Azərbaycanda polis intihar etdi




Şəkidə polis əməkdaşı intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, oktyabrın 9-u axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti asılmış vəziyyətdə, yaşadığı ünvanda, yaxınları tərəfindən aşkarlanıb. Dörd uşaq atası olan Həsrət Əliyevin intihar etdiyi məlum olub.

Məlumatda bildirilir ki, polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024