Mobil versiya
Bulvarda intihar edən qızla bağlı ŞOK FAKT - Filmə çəkilmək üçün... - YENİLƏNİB
Tarix: 27-10-2015 | Saat: 11:15
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Bulvarda intihar edən qızla bağlı ŞOK FAKT - Filmə çəkilmək üçün... - YENİLƏNİB
İntihar edən qızın atası ifadə verib

Dünən gecə Bakı bulvarında baş vermiş dəhşətli intihar hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 20-45 radələrində Dənizkənarı Milli Markın “Sadko” kafesi yaxınlığındakı hissəsində özünü dənizə atan 1997-ci il təvəllüdlü Həmidə Məmmədova bir neçə gün əvvəl Beyləqan rayonundan Bakıya qohumlarının evinə qonaq gəlibmiş.

Hadisədən sonra ifadə verən 18 yaşlı qızın atası Ramiz Məmmədov bildirib ki, qızı filmə çəkilmək istəyirmiş və Bakıya gəlməkdə də məqsədi həmin filmdə çəkilmək imiş.

R.Məmmədov etiraf edib ki, qızına filmdə çəkilmək üçün icazə vermədiyinə görə narazılıq yaranıb.

Qeyd edək ki, FHN-in xilasediciləri tərəfindən meyiti sudan çıxarılan H.Məmmədovanın üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*****

21:48

Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün Dənizkənarı Milli Parkda qeydə alınıb.

Beyləqan rayon sakini, 18 yaşlı Məmmədova Həmidə Ramiz qızı özünü dənizə atıb.

Mərhumun meyiti FHN əməkdaşları tərəfindən sudan çıxarılıb. Hazırda hadisə yerində prokurorluq və polis əməkdaşları araşdırma aparırlar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024