Mobil versiya
İŞİD-ə qoşulan azərbaycanlılar indi aradan çıxmaq üçün yollar axtarırlar
Tarix: 07-09-2017 | Saat: 20:25
Bölmə:Cəmiyyət / Aia TV | çapa göndər

İŞİD-ə qoşulan azərbaycanlılar indi aradan çıxmaq üçün yollar axtarırlar








Suriya və İraqda özünə "İslam dövləti" (İŞİD) qurmaq adı ilə birləşən terrorçuların aqibəti heç də yaxşı olmadı. Artıq son günləri yaşayan İŞİD-in istər Suriya, istərsə də İraqda ələ keçirdiyi şəhər və kəndlər bir-bir terrorçulardan azad olunur.


Son olaraq yayılan məlumatlarda İraq ordu qüvvələrinin Təlafər şəhərini bir müddət mühasirədə saxladıqdan sonra İŞİD-dən tam azad etməsindən sonra əksəriyyəti xarici vətəndaşlardan ibarət olan 1300 İŞİD terrorçusu təslim olub.


Digər məlumatlarda isə qeyd edilir ki, "Haşdi Şabi" şiə milislərinin və İraq əsgərlərinin onları öldürməsindən qorxan 500-ə yaxın İŞİD üzvü öz ailələri ilə birlikdə Telafer şəhərinin şimalındakı İyaziyə qəsəbəsindəki kürd-peşmərgə qüvvələrinə təslim olub.

Təslim olan terrorçuların əsasən Çeçenistan, Əfqanıstan, Rusiya, Fransa, İngiltərə, Türkiyə, Yəmən, Tunis, Əfqanıstan, Misir və və digər ölkə vətəndaşları olduğu bildirilir. Digərlərinin arasında azərbaycanlılar da var.


Videonu izləmək üçün şəklə klikləyin:
Əsir alınan

Daha sonra Suriyanın Deyr əz-Zor şəhərinin də mühasirəsi yarılıb və 3 il ərzində Deyr əz-Zor şəhərini İŞİD terrorçularından müdafiə edən 137-ci briqada qüvvələri ilə Suriya ordusu şəhərdə birləşiblər.

Son məlumatlara görə, İraq və Suriyada baş verən bu döyüşlərdə Azərbaycandan gedərək İŞİD-ə qoşulmuş 200-ə yaxın şəxs öldürülüb. Ümumilikdə, İraq və Suriyada döyüşlərdə öldürülən azərbaycanlıların sayı yüzlərlədir.


Lakin hələ İŞİD terrorçularından tam təmizlənməmiş ərazilər də qalır. Amma onların da aqibəti artıq indidən bəllidir və bunu İŞİD-çilərin özləri də yaxşı bilir. Ona görə də artıq quyruğunun qapı arasında qaldığını görən terrorçular aradan çıxmaq üçün müxtəlif yollar arayırlar. Vaxtilə guya cənnətə düşmək üçün İŞİD-ə qoşularaq döyüşlərə atılanlar indi artıq ölmək fikrindən vaz keçiblər. Məlumata görə, terrorçuların arasında böyük təşviş var. Ərzaq yox, su yox, dərman yox. Ona görə də çoxları əllərində olan pulları, qızılları, topladıqları qənimətləri verərək Türkiyəyə keçməyə çalışır. Bəziləri isə vaxtilə kafir adlandıraraq əlaqələrini üzdükləri Azərbaycandakı ailələrinə müraciət edərək kömək istəyiblər. Vəziyyət o həddə çatıb ki, onlar hətta internetlə video müraciət etmək niyyətindədir.


Xatırladaq ki, Azərbaycanın rəsmi orqanlarının açıqladığı məlumatlara görə, həyata keçirilən anti-terror tədbirləri nəticəsində bu vaxta kimi müxtəlif illərdə Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti (İŞİD)", "Cəbhətül-Nusra" və "Cumdul-Xilafə" terrorçu təşkilatlarının fəaliyyətində iştirak edən bir neçə şəxs həbs olunaraq azadlıqdan məhrum edilib. Onların bəziləri məhz aldadıldıqlarını, böyük səhv etdiklərini bildiriblər.


Qeyd edək ki, Azərbaycandan gedənlərin bir qismi bunu Allah və din yolunda etdiklərini düşünürək İŞİD-ə qoşulurdularsa, digərləri ya yaxşı dolanışıq və qazanc, ya da qənimət əldə etmək məqsədilə edirdilər. Bəziləri isə ümumiyyətlə aldadılırdı. Aldadılanların əksəriyyəti onların ailələri, qadınlar olurdu. Guya Türkiyəyə gedirlərmiş adı ilə həyat yoldaşlarını aldadıb oradan da qanunsuz yolla Suriyaya keçirdilər. İndi əsl həqiqətin nədən ibarət olduğunu indi anlamağa və hiss etməyə başlayıblar. Çünki nə o vəd edilən o firavan həyat var, nə də cənnət...


Axı Azərbaycanda dəfələrlə deyilib və indi də deyilir ki, bu yol yanlışdır və onun davamçıları özünü məhvə sürükləyir. Axı yüzlərlə, minlərlə alimindən tutmuş din xadiminə kimi insan deyir ki, bu, din və İslam yolu deyil. Sənin kimi düşünməyən günahsızları, qadınları, uşaqları qətlə yetirmək insanları dinə, haqqa gətirmək yolu deyil. Bu qədər vəhşilikləri etdikdən sonra ölmək Allah yolunda şəhid olmaq deyil. Axı onlar haqq, ədalət yolunda burda, Azərbaycanda, kafir hesab etdiyin erməni işğalçılarına da qarşı döyüşə və bu yolda ölüb şəhid ola bilərdilər. Bundan əlavə, axı şəhidlik zirvəsinə təkcə əldə silah döyüşərək ölməklə yüksəlmirlər. Axı Allah Quran vasitəsilə insanları kiminsə dediyini doğma kimi qəbul edib kortəbii hərəkət etməyə yox, daim düşünməyə çağırır. Yalnız düşünərək, təhlil edərək düzgün nəticəyə gəlmək olar. Amma onlar düşünmədilər, bəzilər isə bunu gec etdilər. Gəldikləri nəticə isə artıq xilas olmaq üçün yetərli olmaya bilər.

Məsələ ondadır ki, bütün bunlardan sonra bəziləri özünə ibrət dərsi götürmür. Halbuki, İraqda, Suriyada və başqa ölkələrdə din pərdəsi altında silahlı-terrorçu qruplaşmalara qoşulanların aqibəti göstərdi ki, deyilənlər boş sözlər deyildi. Bu, indi digərləri üçün bariz nümunə, görk, həyat dərsi olmalıdır.

İlkin İzzət



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024