Mobil versiya
Bakıda polisin vurduğu gənc xəstəxanada keçindi
Tarix: 25-10-2015 | Saat: 13:02
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Bakıda polisin vurduğu gənc xəstəxanada keçindi


Bakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aia.az musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən polis əməkdaşı olub.

Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünün polis serjantı, 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi "Mercedes E-200" markalı 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.

Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub. Ağır yaralanan piyada 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilib.

M.Abıyevə tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə