Mobil versiya
Deputatın bacısı qəzaya düşdü
Tarix: 18-08-2017 | Saat: 11:32
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Deputatın bacısı qəzaya düşdü








Naftalanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qəzası baş verib.

Aia.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Qaşaltı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər, Qaşaltı kənd sakinləri, 1980-ci il təvəllüdlü İlhamə Əhmədova, 2000-ci il təvəllüdlü Gülpəri Qocayeva, 1963-cü il təvəllüdlü Həmidə Aslanova və 2003-cü il təvəllüdlü Vüqar Hacızadə müxtəlif bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, qəzaya düşən H. Aslanova 96 saylı Goranboy - Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilən Mahir Aslanovun bacısıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024