Mobil versiya
Evlənmək istəyən 225 nəfərdə təhlükəli virus aşkar edildi
Tarix: 17-08-2017 | Saat: 13:59
Bölmə:Cəmiyyət / Səhiyyə / Karusel | çapa göndər

Evlənmək istəyən 225 nəfərdə təhlükəli virus aşkar edildi








Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyulun sonuna qədər müayinədən 309 224 nəfər keçib.

Aia.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 1 iyun 2015-ci il - 31 iyul 2017-cı il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Bütün dövr ərzində müayinədən keçmiş 12 594 nəfərdə talassemiya daşıyıcılığı, 1456 nəfərdə sifilis, 225 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqi ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024