Mobil versiya
Əsgərliyi bitirib gələrkən qəzada ölən gənclərin VİDEOsu yayıldı
Tarix: 14-07-2017 | Saat: 13:15
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Əsgərliyi bitirib gələrkən qəzada ölən gənclərin VİDEOsu yayıldı






Ötən həftə hərbi xidmətini başa vurub evə qayıdarkən avtomobil qəzasına düşərək ölən əsgərlərin fotolarından ibarət video yayılıb.

Aia.Az baku.ws-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda əsgərlərin ailəsi, dostları ilə və məzuniyyət günündə çəkdirdiyi fotolar yer alıb. Eyni zamanda onların uşaqlıq şəkilləri də videoya yerləşdirilib.

Xatırladaq ki, iyulun 6-da səhər saatlarında Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində - Bakı-Qazax magistralının kənarındakı "SOCAR" yanacaqdoldurma məntəqəsində dəhşətli yol qəzası baş verib.

99 AU 738 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili magistraldan yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sürücü idarəetməni itirib və maşın yanacaq doldurmaq üçün dayanmış "Shacman" markalı yük avtomobilinə çırpılıb. Bildirilir ki, hadisə vaxtı minik avtomobilinin sürəti təxminin 130-140 kilometr/saat olub.

Hadisə vaxtı "Daewoo"da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Behbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər. Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024