Mobil versiya
“Qarabağ”ın azarkeşləri metro vaqonunu baxın nə günə qoydu
Tarix: 12-07-2017 | Saat: 12:15
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

“Qarabağ”ın azarkeşləri metro vaqonunu baxın nə günə qoydu



Çempionlar liqasının II təsnifat mərhələsində təmsilçimiz “Qarabağ” klubu Gürcüstan çempionu “Samtredia” klubunu qəbul edib. İnamlı oyun nümayiş etdirən “Qarabağ” Gürcüstan klubunu 5-0 hesabı ilə məğlub edib. Qalibiyyətin gətirdiyi coşğu ilə metroya daxil olan azarkeşlər “Həzi Aslanov” – “Dərnəgül” xəttində 30 saylı marşrut üzrə hərəkət qatarın vaqonunu yarasız hala salıblar.

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Vaqonun şəkillərini təqdim edən qurum rəsmisi bunları deyib:
“Bu şəkillər Bakı Metrosunun 1566 saylı vaqonundandır. Dünən Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edirdi. Əsas vəzifəsi sərnişin, insan daşımaq idi. Amma və lakin "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya minən bəzi "insanlar" ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan, büdcə vəsaiti hesabına alınan vaqonu bu vəziyyətə salıblar”.

N.Paşayev bildirib ki, sərnişinlər əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024