Mobil versiya
Ağdaşda qadınlar arasında kütləvi dava: 6 yaralı
Tarix: 08-07-2017 | Saat: 16:10
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Ağdaşda qadınlar arasında kütləvi dava: 6 yaralı


Ağdaş rayonunda qohumlar arasında kütləvi dava baş verib.

AİA.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş şəhərinin Məşəd qəsəbəsində, qaraçılar yaşayan məhəllədə qeydə alınıb. Bir-biri ilə qohum olan qadınlar arasında baş verən davada müxtəlif dərəcəli bədən xəsarətləri alan 2001-ci il təvəllüdlü Quliyeva Fidan Tərlan qızı, 1978-ci il təvəllüdlü Quliyeva Ülkər Məhyəddin qızı, 1964-cü il təvəllüdlü Quliyeva Şəhla Yaqub qızı, 1981-ci il təvəllüdlü Süleymanova Rövşanə Kəmaləddin qızı, 1998-ci il təvəllüdlü Süleymanova Gülcan Pünhan qızı, 2001-ci il təvəllüdlü Qasımov İzzət Maqsud oğlu Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, məhkəmənin qərarı ilə bu günlərdə boşanan oğlan və qızın anaları arasında dava cehizlik əşyaların geri qaytarılması ilə bağlı mübahisə yaranıb. Mübahisəyə digər qadınlar da qoşulub və onlar bir-birlərinə daş, küt alət, yumruqla zərbələr endirməklə xəsarət yetirib. Onlardan 3-nün vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024