Mobil versiya
Azərbaycanda baş redaktoru qonaq çağırıb döydülər
Tarix: 05-07-2017 | Saat: 17:32
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycanda baş redaktoru qonaq çağırıb döydülər


Criminal.az saytının baş redaktoru, jurnalist Anar Məmmədov döyülüb.

AİA.Az pressclub.az-a istinadla xəbər verir ki, baş redaktora İsmayıllı rayon, Lahıc qəsəbə sakini Samir Ağabalayev adlı şəxs fiziki zor tətbiq edib. A.Məmmədov burun nahiyyəsindən xəsarət alıb. Hadisə ilə bağlı baş redaktor polisə müraciət edib.

Pressclub.az-a hadisənin təfərrüatını danışan A.Məmmədov deyib ki, iyunun 27-də tanışı Samir Ağabalayev onu Qəbələyə qonaq çağırıb:

"Mən də tanışlığımız var deyə, dəvəti qəbul etdim. Gəldi özü taksi ilə məni götürdü, getdik Qəbələyə. Süfrə arxasında birdən bu şəxs heç bir səbəb olmadan mənə hücum etdi. Yumruqlamağa, təpikləməyə başladı. Qaynanası da Samirə qoşuldu, paltarlarımı cırdılar. Burnumdan ciddi xəsarət almışam. Mən bu hərəkətinin səbəbini bilmirəm. Təsəvvür edirsini ki, əllərindən güclə qaçmışam".

A.Məmmədov qeyd edib ki, S.Ağabalayev Lahıc qəsəbəsində orta məktəbdə müəllim işləyir. Bir neçə il əvvəl Ağabalayev "İlin müəllimi" mükafatı alıb.

Baş redaktor deyir ki, hadisə barədə polisə müraciət edib:

"Elə oradan çıxan kimi Qəbələ Rayon Polis İdarəsinə gedib, şikayət ərizəsi yazdım. Məhkəmə tibbi ekspertizası təyin edildi. Ekspertizadan keçmişəm. Hazırda təhqiqat araşdırması aparılır. Araşdırmadan sonra materiallar məhkəməyə göndəriləcək".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024