Mobil versiya
Şəkidə toy qanla bitdi - Video
Tarix: 04-07-2017 | Saat: 18:04
Bölmə:Cəmiyyət | çapa göndər

Şəkidə toy qanla bitdi - Video


Şəkidə bıçaqlanma hadisəsi baş verib.

AİA.az ARB TV-yə istinadən xəbər verir ki, toyda sözləri düz gətirməyən gənclərdən biri digərini bıçaqlayıb.

Hadisə Şəkinin Çayqaraqoyunlu kəndidə qeydə alınıb. Kənd sakinləri Müsalim Məmmədov və Tərlan Eyyubovun arasında mübahisə baş verib. Tərlan Müsalimə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəsarət alan şəxs dərhal Şəki RMX-yə çatdırılıb.

Müsalim Məhəmmədov – Xəsarət alan şəxs: “Toyda olmuşdu. Su tökəndə ayağına düşdü, söyüş söydü. Dedim ki, məni söyürsən? Dedi ki, hə. Mən onu vurdum, o, məni bıçaqladı”.

Hadisəni törədən şəxs hadisə yerindən qaçsa da, daha sonra polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

AİA.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024