Mobil versiya
"Balama görə məcbur olmuşam" - Evdən qızıl oğurlayan dilənçi
Tarix: 16-06-2017 | Saat: 15:52
Bölmə:Cəmiyyət | çapa göndər

"Balama görə məcbur olmuşam" - Evdən qızıl oğurlayan dilənçi


Xırdalanda oğurluq faktı qeydə alınıb.

AİA.Az ARB TV-yə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan Həsrət Aslanov 3 gün bundan öncə ərizə ilə rayon polis idarəsinə müraciət edərək, naməlum şəxsin ona məxsus evə açıq qapıdan daxil olmaqla oradan 200 manat dəyərində qızıl sırğa, 300 manatlıq qızıl kişi üzüyü və 50 manat dəyərində qızıl suyuna çəkilmiş qadın üzüyünü oğurladığını bildirib.

Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini 28 yaşlı Aynurə Mahmudova saxlanılıb.

Ondan oğurladığı əşyalar maddi sübut olaraq götürülüb. Aynurə ifadəsində oğurluğu dilənçilik fəaliyyəti ilə məşğul olan zaman törətdiyini deyib.

Aynurə Məmmədova (saxlanılan şəxs): "Getmişəm, qapı açıq olub. Balama görə məcbur olmuşam. Dilənmişəm. Evdə heç kim olmayıb, girib götürmüşəm. Divanı qaldırıb döşəkçənin altından götürmüşəm. Qapı tullayıb, qızılı götürdüm"


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024