Mobil versiya
İran parlamentində atışma: 7 ölü - Yenilənib
Tarix: 07-06-2017 | Saat: 13:45
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

İran parlamentində atışma: 7 ölü - Yenilənib

"Tasnim" xəbər agentliyinin məlumatına görə, parlamentdəki silahlı insident zamanı 7 nəfər ölüb, 4 nəfər isə girov götürülüb.
Təhlükəsizlik xidmətləri bu xəbəri hələ təsdiqləməyib.

***

İran İslam Respublikasının Milli Məclisində atışma baş verib.

Bu gün səhər saatlarında parlamentə daxil olan silahlı şəxslər mühafizəçiləri yaralayıb, bir neçə nəfəri girov götürüb. Baş verən qarşıdurmada təhlükəsizlik əməkdaşlarından 8-i yaralanıb. Atışmada yaralanan mühafizəçilərdən biri dünyasını dəyişib.

Tehran Millət Vəkili İlyas Həzrəti bildirib ki, iki nəfər "Kalaşnikov" avtomatı və bir nəfər tapança ilə Milli Məclisə hücum edib. Hücum edənlərin kimliyi bəlli deyil.

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəsmisi Nəqəvi Hüseyni isə bildirib ki, hücum edən şəxslərdən biri tutulub. Digər 3 nəfər isə parlamentin mərtəbələrində atışmanı davam etdirir.

Qeyd edək ki, İranda dünən bir qrup etirazçı parlamentin önündə aksiya keçirib. Rəsmi xəbər agentliyinin məlumatına görə, etiraz edənlər Xəzər Finansal İnstitutuna pul yatıran müəllimlər olub.

İran İslam Respublikasının Milli Məclisində baş verənin atışmanın bəzi təfərrüatları məlum olub.

Bu gün səhər saatlarında parlamentə daxil olan silahlı şəxs mühafizəçiləri yaralayıb, bir neçə nəfəri girov götürüb.

Baş verən qarşıdurmada təhlükəsizlik əməkdaşlarından biri ayağından vurulub.

Tehran Millət Vəkili İlyas Hezreti "İRİB” xəbər agentliyinə bildirib ki, iki nəfər "Kalaşnikov" avtomatı və bir nəfər tapança ilə Milli Məclisə hücum edib.

Hücum edənlərin kimliyi bəlli deyil.

***

İran parlamentində silah insident baş verib.

Atışma binada hazırda davam edir.

Məlumata görə, parlamentə 3 silahlı daxil olub. İnsident nəticəsində iki nəfərin yaralandığı bildirilir.

Silahlılar bir neçə nəfəri girov götürüb.

Qeyd edək ki, İranda dünən bir qrup etirazçı parlamentin önündə aksiya keçirib. Rəsmi xəbər agentliyinin məlumatına görə, etiraz edənlər Xəzər Finansal İnstitutuna pul yatıran müəllimlər olub.(azvision)

AİA.az

Məlumatlanmaq üçün Facebook səhifəmizi

Xəbəri paylaş

Digər xəbərlər

Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024