Mobil versiya
Sumqayıtda kütləvi dava: İki nəfər bıçaqlandı - Video
Tarix: 25-05-2017 | Saat: 11:44
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Sumqayıtda kütləvi dava: İki nəfər bıçaqlandı - Video



Sumqayıtda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.

AİA.az "ARB 24”-ə istinadən xəbər verir ki, hadisə şəhərin "Beton zavodu" adlanan ərazisində qeydə alınıb. Xalası oğlunun evinə qonaq gedən Kənan Adıyevlə qonşuluqda yaşayan Qurban Zülfüqarov arasında mübahisə yaranıb. Bu vaxt Adıyevin xalası oğlu söhbətə qoşulub və aranı sakitləşdirməyə cəhd göstərib.

Toydan gələn Qurban Zülfüqarov bir neçə dəqiqədən sonra yenidən onların yaşadığı evə gedib. Bu dəfə tək yox. Səsə qonşular çıxıb. Bunu görən şəxslər hadisə yerindən uzaqlaşıblar. Xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Nurəddin Əliyev – Saxlanılan şəxs: "Girdik içəri, sonra yenidən gəlib qapını döydü. Xalamoğlu çıxdı, atam çıxdı. Xalamoğlunu döydülər. Mən də bıçaqla çıxıb, birini böyründən, birini də yumşaq yerindən bıçaqladım”. Saxlanılan Nurəddin Əliyev iki nəfəri bıçaqladığını etiraf edib.

AİA.az

[media=https://www.youtube.com/watch?v=iPLxzFvqJ8g]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024