Mobil versiya
Mançesterdə törədilən terror aktı nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB - VİDEO
Tarix: 23-05-2017 | Saat: 12:53
Bölmə:Cəmiyyət / Manşet | çapa göndər

Mançesterdə törədilən terror aktı nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB - VİDEO



İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb.

Adalet.az-ın xəbərinə görə, bu barədə Mançester polisinin "Tvitter” səhifəsində bildirilir.

"Hazırda 19 nəfərin öldüyü təsdiqlənib, 50-yə yaxın insan yaralanıb”, məlumatda deyilir.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

İnsident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik "Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.

***
İngiltərənin Mançester şəhərində stadionda baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb.

Adalet.az-ın xəbərinə görə, bu barədə NBC telekanalı məlumat verib. Məlumat rəsmi dairələrdə hələ ki, öz təsdiqini tapmayıb.

Məlumata əsasən, partlayış stadionun foyesində baş verib. Konsert zalında partlayış zamanı çox sayda uşaq və yeniyetmə olub. Hüquq-mühafizə orqanları baş verən insidentin terror aktı olmasını istisna etmir.

İnsident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik "Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.

***

İngiltərənin Mançester şəhərində stadionda baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

Adalet.az-ın xəbərinə görə, bu barədə Mançester polisinin "Tvitter” səhifəsində bildirilir.

"Hadisə nəticəsində ölən və yaralananlar var”, məlumatda deyilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

İnsident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.

***

İngiltərənin Mançester şəhərində stadionda iki partlayışın baş verdiyi ehtimal edilir.

Adalet.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, insident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.

Partlayışlardan sonra stadionda təşviş yaranıb, insanlar stadionu tərk etməyə cəhd ediblər. Hazırda polis insidentin detallarını araşdırır. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik "Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.

AİA.az

[media=https://www.youtube.com/watch?v=V4vczP6oFdg]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024