Mobil versiya
Mingəçevir sakinləri qorxu içində yaşayır - Video
Tarix: 06-04-2017 | Saat: 15:34
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Mingəçevir sakinləri qorxu içində yaşayır - Video


Tikintisi yarımçıq qalan bu binalar bir vaxtlar Mingəçevirdə fəaliyyət göstərən müxtəlif müəssələrin işçiləri üçün nəzərdə tutulub. İndi isə həmin binalar narkotik istifadəçilərin yuvasına çevrilib.

AİA.az ARB TV-yə istinadən xəbər verir ki, deyilənləri hər addımda aşkarlanan “şprist”lər də təsdiqləyir. Vəziyyət yaşayış binalarının sakinlərini qorxuya salır.

Yaşar Abdullayev – Sakin: “Başqa yerdən kənar adamlar gəlir. Neçə dəfə təzyiq göstərmişik amma görürük ki, gecələr tanımadığımız uşaqlar qabağın kəsir deyir sən kimsən? Qarovulçusanmı?”

Təhlükə təkcə narkotik istifadəçiləri ilə bağlı deyil. Güclü külək əsən zaman istismar müddətini başa vurmuş panellərin aşması da sakinlər üçün təhlükə yaradır. Evsiz insanların yaşadığı, məişət tullantılarının atıldığı, antisanitar vəziyyətdə olan bu binalara hazırda heç kim sahib çıxmır. Nə Mingəçevir şəhər icra hakimiyyəti, nə də əmlak məsələləri dövlət komitəsi.

Ekspertlər hesab edir ki, bu tip binaların dəqiq uçotu aparılmalı, kategoriyalar müəyyənləşməli, sənədlər yoxlanılmalı, ekspertiza həyata keçirildikdən sonra müvafiq qərarlar qəbul olunmalıdır. Bu tip binalar özəlləşdirilməsi üçün hərraca da çıxarıla bilər.

Hələlik isə bu binalara sahib çıxan yoxdur. Görünür məsələ həllini tapana kimi həmin ərazilərə yaxın yaşayan sakinlər bir müddətdə təşviş çində yaşayacaqlar.

AİA.az

[media=https://www.youtube.com/watch?v=GWpqwj3YZ9Y]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024