Mobil versiya
BDU-dan açıqlama: "Yanan binanın bizə aidiyyatı yoxdur"
Tarix: 29-03-2017 | Saat: 12:53
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

BDU-dan açıqlama: "Yanan binanın bizə aidiyyatı yoxdur"



"Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verən yanğının Bakı Dövlət Universitetinin (BDU) müəllimləri ilə heç bir əlaqəsi yoxdur. Həmin bina BDU-nun müəllimləri üçün tikilən bina deyil"

Bu barədə AzVision.az-a BDU-nun prorektoru Nəbi Ramazanlı deyib. Onun sözlərinə görə, yanğın olan bina vaxtilə Azərbaycan Texniki Universitetində işləyən fizik, Alim Cəfərovun təşəbbüsü ilə tikilib.

"Yanğın baş verən binada ola bilər ki, Bakı Dövlət Universitetinin 1-2 müəllimi yaşasın. Lakin həmin bina Universitetin müəllimlər üçün tikilən binası deyil. Müəllimlərin binası Universitetin lap yaxınlığında, "Hidayət" məscidinin yanında yerləşir. Digər bina isə Nərimanov heykəlinin yanındadır. Onların heç birində yanğın olmayıb. Yayılan məlumat yalnışdır"

Qeyd edək ki, Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində yanğın baş verib. KİV-lərdə yayılan məlumata görə, yanğın BDU-nun müəllimlərinə məxsus binada olub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024