Mobil versiya
Azərbaycanda polis şöbəsində ÖLÜM - DİN açıqlama verdi
Tarix: 27-03-2017 | Saat: 14:40
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Azərbaycanda polis şöbəsində ÖLÜM - DİN açıqlama verdi


Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

AİA.Az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini,1977-ci il təvəllüdlü Rəşad Qarayev şöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.

Ona təcili tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, R.Qarayev ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsində baş verən ölüm hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024