Mobil versiya
Bakıda gecə klubunda qətl törədilib
Tarix: 27-03-2017 | Saat: 12:31
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bakıda gecə klubunda qətl törədilib


Bakıda gecə klubunda dava düşüb.

AİA.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 25-də Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Araşdırmalar zamanı T.Məmmədovun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində oranın inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə aralarında baş verən münaqişə zəminində sonuncu tərəfindən yumruqla vurulduğu və yıxılması nəticəsində başından xəsarət alması, sonra dostu ilə birgə onun evinə gələrək orada öldüyü müəyyən edilib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024