Mobil versiya
İcra başçısının müavini: "Həyat yoldaşım sərxoş deyildi"
Tarix: 06-03-2017 | Saat: 16:32
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

İcra başçısının müavini: "Həyat yoldaşım sərxoş deyildi"


Xəbər verildiyi kimi, Neftçala rayon icra başçısının müavinin həyat yoldaşı qəza törədib.

Nizami küçəsindəki lombardın qarşısında dayanmış 90-SK-242 dövlət nömrə nişanlı,rayon sakini Abasqulu Hümmətova məxsus “VAZ 21011” markalı avtomaşına arxadan “Kia Sportages” markalı avtomaşın çırpılıb. Qəza nəticəsində “011”ə xeyli ziyan dəysə də, “Kia Sportages” markalı avtomaşın qəza yerində dayanmayaraq uzaqlaşıb.

Sonradan hadisə yerinə gəlmiş yol polisi əməkdaşları tərəfindən qəza yerində düşmüş 99-XA-599 dövlət nömrə nişanına əsasən müəyyən olunub ki, həmin avtomaşın Neftçala rayon sakini Abı Sadıqova məxsusdur. Abı Sadıqov avtomaşını sərxoş vəziyyətdə idarə edirmiş.

Qəza törətmiş şəxs Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovanın həyat yoldaşıdır.

Xanım məmur Gültəkin Sadıqova AzVision.az-a açıqlamasında həyat yoldaşının qəza zamanı sərxoş olmadığını deyib.

"Həyat yoldaşım sərxoş vəziyyətdə maşın idarə etməyib. Bu hadisədən gündə yüzlərlə ola bilər, eləcə də bir maşın digəri ilə toqquşa bilər. Fakt Neftçala Rayon Polis şöbəsində araşdırılır. Lakin sərxoş vəziyyətdə maşın idarə edilməyib”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024