Mobil versiya
Gömrükdə 22 mindən çox siqaret müsadirə olunub
Tarix: 04-03-2017 | Saat: 13:57
Bölmə:Cəmiyyət | çapa göndər

Gömrükdə 22 mindən çox siqaret müsadirə olunub

Gömrükdə Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən AİA.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa bufer hissəsindən, sol və sağ ayaqlıqlarının içərisindən gömrük nəzarətindən gizlədilən 22 200 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024