Mobil versiya
Rusiya qoşunları Ermənistanda döyüş hazırlığına başladı
Tarix: 01-03-2017 | Saat: 12:49
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Rusiya qoşunları Ermənistanda döyüş hazırlığına başladı

Rusiyanın Ermənistanda yerləşən hərbi bölmələrinə döyüş hazırlığının yoxlanılması məqsədilə həyəcan siqnalı verilib. Rusiya hərbi bazasının birləşmələri "Kamhud" və "Alagöz" yüksək dağ poliqonlarına çıxıb.

AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsi (CHD) məlumat yayıb.

"Həyəcan siqnalı üzrə döyüş hazırlığında motoatıcı, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri çətin taktiki şəraitdə hava hücumlarını dəf etmək, zəhərli maddələrin, daş uçqunlarının və şərti təxribat-kəşfiyyat qruplarının olduğu zonaların dəf edilməsi üzrə bacarıqlarını artırır", - CHD-nin yaydığı məlumatda bildirilib.

Hava Hücumundan müdafiə bölmələri hava məkanını Rusiyanın Erebunidəki hərbi bazasına məxsus "Buk M1-2", "S-300V" kompleksləri, "MiQ-29" qırıcı təyyarəsi, eləcə də "Mi-8Mt" və "Mi-24p" tipli helikopterlərdən istifadə edərək qoruyur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024