Mobil versiya
15 evdən oğurluq etdilər, 16-cı cəhd alınmadı
Tarix: 24-02-2017 | Saat: 16:37
Bölmə:Cəmiyyət | çapa göndər

15 evdən oğurluq etdilər, 16-cı cəhd alınmadı

Abşeron Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində növbəti uğurlu tədbir həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gecə saatlarında Masazır qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Dərhal Abşeron RMİ-nin xidmətdə olan tutucu qrupunun əməkdaşları hadisə yerinə çıxıb. Obyektə baxış zamanı mağazanın qapısının, həmçinin dəmir barmaqlıqlarının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib.

Həmin şəxslər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, oğurluğa cəhd göstərən şəxslər Laçın rayon sakini əvvəllər məhkum olunmuş Elxan İsayev və Ağdam rayon sakini Ceyhun Abbasovdur.

İlkin araşdırma zamanı onlar Abşeron rayonu ərazisində 15 fərdi yaşayış evindən oğurluq etdiklərini də etiraf ediblər.

Göstərilən faktla bağlı araşdırmalar və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə