Mobil versiya
Daha bir qadın sosial şəbəkədə şantaj olundu
Tarix: 26-09-2015 | Saat: 14:26
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər



Gəncə şəhərində həmyerlisini təhdid edən şəxs tutulub

Aia.az DİN-ə istinadən xəbər verir ki, sentyabrın 25-də Gəncə şəhər sakini Ş.M (qadın) Nizami (Gəncə) RPİ-yə müraciət edərək bu barədə məlumat verib.

O bildirib ki, həmin gün həmyerlisi Anar Məcməddinovun onu sosial şəbəkədə rüsvay edəcəyi və ailəsinə böhtan atacağı ilə hədələyib 530 manat tələb edib.

Qadın qeyd edib ki, cari il iyul ayından sentyabr ayınadək olan müddətdə isə 7000 manat pulunu və qızıl əşyalarını alıb.

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məcməddinov saxlanılıb. Araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024