Mobil versiya
Bakıda ZƏNCİRVARİ QƏZA: yaralılar var
Tarix: 02-02-2017 | Saat: 11:12
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bakıda ZƏNCİRVARİ QƏZA: yaralılar var






Bakıda zəncirvari yol qəzası baş verib.

Aia.Az lent.az-a istinadən xəbər verir ki, saat 06:50 radələrində Mikayıl Useynov küçəsində ("Dalğa plaza"nın qarşısı) "Subaru", "Nissan" və "Ford" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Subaru"da olan 1990-cı il təvəllüdlü Rəhimov Rasim Şəmsəddin oğlu, "Nissan"da olan sürücü Elman Manafov, sərnişinlər 1975-ci il təvəllüdlü Əliyev İlham Seyidağa oğlu, 1988-ci il təvəllüdlü Həsənov Gündüz Abbas oğlu və 1987-ci il təvəllüdlü Əkbərov Mehman Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R.Rəhimov "City Hospital"a, digər yaralılar isə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Zəncirvari qəzada iştirak edən "Ford" hadisə yerindən yayınıb.

Qeyd edək ki, qəzaya yolun sürüşkən olması səbəb olub. Araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024