Mobil versiya
"Cəbhədə təxribat Ermənistana hava-su kimi lazımdır"
Tarix: 01-09-2017 | Saat: 20:35
Bölmə:Gündəm / Siyasət / Karusel | çapa göndər

"Cəbhədə təxribat Ermənistana hava-su kimi lazımdır"








"Cəbhə xəttində ermənilər tərəfindən həmişə nəsə gözləmək olar. Ona görə də Azərbaycan həmişə buna hazır olmalıdır".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri müavini, YAP-nın şöbə müdiri Aydın Mirzəzadə son günlər Qarabağ münaqişəsi zonasında, Ermənistan-Azərbaycan cəbhəsindəki son vəziyyəti şərh edərkən bildirib.




Ermənilərin cəbhədə əlavə qüvvə toplaması nədir - hücuma hazırlıq, "blef", yoxsa siyasi mesaj?
Millət vəkili qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır və özünün əsas hərbi kontingentini də işğal etdiyi zonada saxlayır. Onun cəbhənin hansı xəttində daha çox silahlı birləşmə saxlamasını demək bir qədər çətin olsa da, bütün hallarda Azərbaycan Ermənistandan həmişə hər tərəfdən təxribat gözləyir:

"Aydın məsələdir ki, hərbi əməliyyatlar başlayarsa, Ermənistan heç bir halda Azərbaycana sinə gərə, onun bir santimetr ərazisini də ala bilməz. Amma bu gün cəbhədə təxribat Ermənistana hava-su kimi lazımdır. Çünki bu, Ermənistan üçün xaricdən və erməni diasporundan maliyyə yardımı almaq üçün əsas vasitələrdən biridir. Eyni zamanda bu gün Ermənistanda nüfuzdan düşən siyasi iqtidar hakimiyyətdə qalmaq üçün "Qarabağ kartı"ndan maksimum istifadə etməyə çalışır. Belədə isə Ermənistan yaxşı bilməlidir ki, onun törətdiyi əməlllər və nəzərdə tutduğu çirkin planlar Azərbaycan tərəfdən lazımınca cavablandırılacaq".




Ermənilər cəbhəyə əlavə qüvvə toplayırlar - Müharibə ehtimalı artır
Qeyd edək ki, sosial şəbəkələrdə və KİV-lərdə Ermənistan silah qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağda, cəbhənin mərkəzində əlavə qüvvələrlə güclənməsinin müşahidə edildiyinə dair qeyri-rəsmi məlumatlar yer alır.

Bəziləri hesab edir ki, ötən ilin aprel döyüşlərinin qisasını almağa çalışan ermənilər Azərbaycan ordusunun mövqelərinə hücum əməliyyatlarına hazırlaşır. Digərləri isə hesab edir ki, bu məlumat sadəcə "blef"dir. Bir başqaları isə onun hərbidən çox siyasi mesaj xarakteri daşıdığını düşünür.

İlkin İzzət



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024