Mobil versiya
SABAH BU RAYONLARDA QAZ OLMAYACAQ - SİYAHI
Tarix: 24-01-2017 | Saat: 13:22
Bölmə:Gündəm / Karusel | çapa göndər



Eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq
Sabah Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində aparılacaq təmir işləri ilə bağlı bəzi yaşayış məntəqələrinin qaz qaz təchizatı məhdudlaşdırılacaq.

myBAKU.az SOCAR-ın saytına istinadən xəbər verir ki, sabah saat 10:00-dan 17:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "İvanovka" və Astara magistral qaz kəmərləri sahəsinin "Ərçivan" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində İsmayıllı rayonunun Talış və İvanovka, həmçinin Astara rayonunun Kijəba, Ərçivan və bəzi ətraf kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024