Mobil versiya
Ombudsmandan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇIQLAMA
Tarix: 09-12-2016 | Saat: 12:22
Bölmə:Gündəm | çapa göndər

Ombudsmandan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇIQLAMA




"Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXK) rəhbəri ilə görüşüb müzakirələr aparmışam. Onlar Dilqəm və Şahbazın qondarma məhkəmə tərəfindən cəzalandırılmasının beynəlxalq hüquqi normalara uyğun olmadığını, bunun beynəlxalq hüquqa zidd olduğunu bildiriblər".

aia.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib. O bildirib ki, bu məsələ ilə əlaqədar BQXK-dan Ombudsmanın müraciətlərinə yazılı cavab verilib: "Cavabda qeyd olunub ki, onlar məsələnin siyasi aspektlərinə qarışa bilməzlər. Gərək iki dövlət arasında danışıqlar aparılsın ki, onların ailələrinə görüş üçün icazə verilsin. Biz bu məsələni daim qaldırırıq. Beynəlxalq Qızıl Xaç Komitəsi onlarla görüşür, onların məktublarını ailələrinə çatdırır. Dövlət, elə biz də çalışırıq ki, bu məsələ özünün ədalətli həllini tapsın".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyidi düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024