Mobil versiya
Ermənistan iki əsgərin yaralandığını təsdiq edib
Tarix: 02-12-2016 | Saat: 11:58
Bölmə:Gündəm / Karusel | çapa göndər



Dağlıq Qarabağda iki erməni əsgəri yaralanıb.

Bunu işğalçı dövlətin Müdafiə nazirliyinin sözçüsü təsdiq edib. Artsrun Ovannisyanın sözlərinə görə, yaralılar 32 yaşlı Qaqik Poqosyan və 24 yaşlı Kajik Badalyandır.

Onlar müqavilə əsasında xidmət edirmiş.

Xəstəxanaya yerləşdirilən Badalyanın vəziyyəti ağırdır.

Hər iki hərbçinin Xankəndindəki hospitaldan Yerevandakı hərbi xəstəxanaya aparıldığı qeyd olunur. Daha bir erməni əsgərin isə Xankəndi hospitalında olduğu bildirilir. Ermənistan tərəfi hələ ki yaralı sayının neçə nəfər olduğunu rəsmən açıqlamayıb.

Ovannisyan “Facebook” səhifəsində cəbhədəki vəziyyətin stabil olduğunu yazıb.

“Lragir.am”ın məlumatına görə isə, "Təsis parlamenti" müxalifət hərəkatının üzvü Syuzan Simonyan bir neçə əsgərin yaralandığını, lakin onlardan sadəcə ikisinin adını bildiyini sosial şəbəkədə yazıb: “Mən sadəcə iki yaralının adını bilirəm: Poqosyan Qaqik Valerik 1984-cü ildə, Qriqoryan Kajik Zaxar 1993-cü ildə dünyaya gəlib. Bir neçə nəfər Martunidə yaralanıb.”

Azərbaycan Müdafiə Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, erməni silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır: “Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024