Mobil versiya
Putinin “sağ əli”nin ölüm səbəbi - Məlum oldu
Tarix: 29-10-2016 | Saat: 13:25
Bölmə:Gündəm | çapa göndər

Putinin “sağ əli”nin ölüm səbəbi - Məlum oldu




Rusiya prezidenti Vladimir Putinin “sağ əli” hesab olunan, eks-mətbuat naziri, “Qazprom-Media”nın keçmiş rəhbəri, iş adamı Mixail Lesinin ölümü ilə bağlı ABŞ polisinin apardığı istintaq işi bağlanıb.

Bu barədə ABŞ Ədliyyə Nazirliyinin “Tvitter” səhifəsində məlumat yerləşdirilib.

Bəyanatda onun həddindən artıq içki içməyi səbəbilə, bədbəxt hadisə nəticəsində öldüyü bildirilib. Həm də Lesinin ölərkən tək olduğu vurğulanıb.

Xatırladaq ki, Mixail Lesinin cəsədi 2015-ci il noyabrın 5-də Vaşinqtonda “Dupont” hotelində aşkarlanmışdı.
M. Lesin 2013-2014-cü illərdə “Qazprom-Media”nın rəhbəri olub, 2000-ci illərdə mətbuat naziri kimi fəaliyyət göstərib, eləcə də V. Putinin məsləhətçisi olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024