Mobil versiya
ETALON DÖVLƏT ADAMI
Tarix: 04-09-2015 | Saat: 12:57
Bölmə:Gündəm / Seçilənlər-1 / Manşet / Karusel | çapa göndər


Əhəd Abiyev - mandatı, vəzifəsi olanda da, olmayanda da sözün həqiqi mənasında millət vəkilidir
Yetkinlik, mükəmməllik, müdriklik özünü insanın zahiri görünüşündə, bundan da daha parlaq isə mənəviyyatında büruzə verir. Maddi çəki qızılın, mənəvi çəki isə insan şəxsiyyətininqiymətini müəyyən edir. Bu çəki insanın qabiliyyətlərinəzinət verərək hörmət təlqin edir. Belə adam sözlərində nəsiyyətverici, işlərində isə nümunəvi olur. Yetkinlıik sözün əsl mənasında insan olan şəxsə xas xüsusiyyətdir. Bu xüsusiyyətlərə malik olanların sayı o qədər də çox deyildir. Qədri bilinməli, etalon kimi göstərilməli belə şəxsiyyətlərdən biri dəhamımızın yaxşı tanıdığımız Daşkəsən Rayon İcra Hakimiyyətiniun başçısı cənab Əhəd Abiyevdir.
Əhəd Abiyev Vətəni sevmək, tarix və psixologiyanı bilmək, regiona yaxşı bələd olmaq, xalqın problemləri ilə yaxından tanış olmaq, rifahı yaxşılaşdımağa cəhd etmək və s.kimi klassik xüsusiyyətlərdən başqa inkişaf etməkdə olan ölkənin siyasətçisi üçün bütün vacib xüsusiyyətlərə malikdir. O, verdiyi qərarların yalnız özünə deyil, bütövlükdə xalqa təsirinin olacağının tam fərqindədir. Bu qərarların hansı effekti verəcəyi barədə onu qəbul etməzdən öncə özünə suallar verir. Bundan əlavə, o, özünə əks mövqedə dayananların fikirlərini öyrənməkdən də çəkinmir. Hətta bu fikirlərlə tamamilə razılaşmasa belə, ən azından qarşısındakının nədən məhz bu siyasi ideologiyaya inandığını anlamağa çalışır. O, nə etdiyini və nə istədiyini bilir və xalqla ünsiyyətə girərək məqsədini inamlı şəkildə çatdırmağı bacarır. Üç çağırış Milli Məclisə üzv seçildiyi müddət ərzində prinsiplərinə və verdiyi vədlərə sadiq olmuşdur. Onun ideologiyası həmişəki kimi fəal üzvü olduğu Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyev kursuna sadiqlikdir -seçki kampaniyası xatirinə yad bir ideologiyanı kirayə götürməmişdir. Əksinə, bu ideologiya onun real kimliyidir.Milli Məclisin deputatı olduğu vaxt seçicilərona inanırdığı və güvəndiyi kimi, rayon rəhbəri təyin olunandan sonra da ölkə başçısının etimadını doğrultmuşdur.Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi çox məhsuldar fəaliyyət göstərmişdir. Əslində millət vəkili” anlayışı parlamentin deputatı olmaqdan daha geniş məhfumdur. Əhəd Abiyev mandatı, vəzifəsi olanda da, olmayanda da sözün həqiqi mənasında millət vəkilidir.

“Mən möhtərəm Prezident İlham Əliyevin, Ali Baş Komandanımın zabitiyəm” – deyən cənab Abıyev Əhəd Abıyev son vaxtlar düşmənlə təmas xəttində vəziyyətin gərginləşməsi ilə yayılan xəbərlərlə əlaqədar cəbhədəki real duruma aydınlıq gətirmiş, həqiqi güc nisbətinin Azərbaycanın xeyrinə olduğunu KİV-ə bildirmişdi: “Azərbaycan tərəfi 13 şəhid veribsə, erməni tərəfi 51 hərbiçisini itirib. Amma onlar nədənsə bunu gizlədir. Bu da başa düşüləndir.6-7 ay öncə Azərbaycanın Silahlı Qüvvələri Murovdağda erməni hərbiçilərin yerləşdikləri iki postu ələ keçirib. Şəxsən mən həmin postlarda olmuşam”. Bunca nüfuzlu şəxsin necə deyərlər, Daşkəsəndən, hücumun sivri ucundan verdiyi belə açıqlama həm cəmiyyətdə yaranmış təşvişi söndürdü, həm də Əhəd müəllimin özünün necə qorxmaz, alovlu vətənpərvər olduğunu sübuta yetirdi.
“Mən xalqımın xidmətçisiyəm” - deyən Prezident İlham Əliyevin sadiq silahdaşı olan Əhəd Abiyev dövlət qulluqçularına nümunədir. Vətəndaş zəng edəndə telefonunun dəstəyini katibəsi, köməkçisi, ən yaxşı halda müavini qaldıran rəhbər vəzifəlilərdən fərqli olaraq, Əhəd müəllim xalq üçün, ictimaiyyət üçün, KİV üçündaha əlçatandır. Çünki həmişə işinin üstündədir. Özünün dediyi kimi, bir çox hallarda gecə yarıya kimi işdəqaldığı vaxtlar olub.“Bu, bizim işimizdir və borcumuzdur. Biz bu vəzifəyə təyin olunmuşuq ki, rayona xidmət edək. Təyin olunmamışıq ki, bəziləri kimi qarnımızı şişirdək”-deyir Əhəd müəllim.
Əhəd Abıyev Daşkəsəndə təkcə yerli əhalinin problemləri ilə maraqlanıb onların həlli üçün çalışmır, həmçinin rayona gələn qonaqların, turistlərin də istənilən məsələ ilə bağlı şikayətlərinə həssaslıqla yanaşır.
Azərbaycanın modern inkişaf etməkdə olan əyalətinə çevrilən Daşkəsənin tərəqqisində Əhəd Abiyevin böyük xidmətləri vardır. “Yeni Daşkəsən” layihəsinin müəllifi olan Əhəd Abiyevin başçılığı altında daşkəsənlilər zəhmət cəbhəsində əldə etdikləri nailiyyətlərin sırasını artırmaqdadlrlar. 2015-ci ilin birinci yarısı bütövlükdə respublikamız üçün, o cümlədən, Daşkəsən rayonu üçün də uğurlu olub və bir çox sahələrdə əhəmiyyətli nəticələr əldə edilib. Əksər sahələrdə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır. 2015-ci ilin birinci yarısında sənaye üzrə 2 milyon 206 min manat (əvvəlki ilə nisbətən 1,7 faiz çox), kənd təsərrüfatı məhsulları 9 milyon 403 min manat (0,5 faiz çox), nəqliyyat üzrə 1 milyon 352 min manat (5,5 faiz çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 7 milyon 999 min manat (6,5 faiz çox) olmuşdur.
Son vaxtlar rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. İnanırıq ki, çox hörmətli Əhəd Abiyevin düşərli başçılığı ilə tərəqqipərvər Daşkəsən vətəndaşları yeni-yeni uğurlara imza atacaq, “Yeni Daşkəsən” layihəsini müvəffəqiyyətlə reallaşdıracaq, respublikamızın çiçəklənməsinə daha sanballı töhfələr verəcəklər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024