Mobil versiya
Lənkəranskinin ailəsinə son sözü nə olub? - ÖZƏL
Tarix: 22-08-2016 | Saat: 13:02
Bölmə:Gündəm | çapa göndər



Lənkəranskinin ailəsinə son sözü nə olub?Türkiyədə öldürülən məşhur kriminal avtoritet Rövşən (Canıyev) Lənkəranskinin ölümündən əvvəl ailəsinə nə dediyi məlum olub

Qətl baş verən günü onun anası, həyat yoldaşı və övladları yanında olub.

Lənkəranski İstanbulda yaşadıqları evdən çıxarkən ailəsinə kiçik bir işi olduğunu və yarım saata qayıdacağını söyləyib. Mənbənin dediklərindən: “Rövşən deyib ki, bir az işm çıxıb, tez qayıdacam. Şəhərdə olacam.

Ailəsi onun təcili gedişindən nigaran qalıb. Amma onun həyat şərtlərini bildikləri üçün tez-tez işinin çıxmasına vərdiş ediblər. Ona görə fikirləşiblər ki, uzağı 1 saata qayıdar. Bir neçə gün idi ki ailəsi Rövşənin yanında idi”.

Mənbənin verdiyi məlumatda deyilir ki, Lənkəranski vəd etdiyi vaxtda evə qayıtmayıb. Ailəsi 2-3 saat onun yolunu gözləyib və bir xəbər çıxmadığını görəndə zəng etməyə başlayıblar.

Lənkəranskinin telefonu açmamasından narahat olan ailəsi təsadüfən televizoru açarkən faciəvi xəbəri efirdən eşidib. Türkiyə mediası Rövşən Əliyev ad-soyadlı şəxsin qətlə yetirildiyi xəbərini çatdırıb.

Lənkəranski həmişə evdən ayrılanda qapını kilidləyirmiş.

Efirdən qətl xəbərini eşidən ailəsinin qapı kilidli olduğuna görə heç bir yerə çıxa bilməyib. Lənkəranskinin qaynına zəng edilib və o, həmin mənzilə gələrək qapını açıb. Daha sonra qardaşı Namiq Canıyevə məlumat verilib və elə həmin gecə İstanbula uçub.

Xatırladaq ki, Rövşən Lənkəranski İstanbulda “Şişli Etfal” Xəstəxanasında vəfat etdikdən sonra onun meyiti Zeynəbiyyə məscidinə gətirilib.

Halkalidə yerləşən məsciddə mərhumun meyiti yuyulduqdan sonra cənazə namazı qılınıb. Daha sonra o böyük izdihamla Lənkərana yola salınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024