Mobil versiya
Yol nişanı qoyulub, amma qəza şəraiti yaradır
Tarix: 21-05-2016 | Saat: 21:16
Bölmə:Gündəm | çapa göndər

Yol nişanı qoyulub, amma qəza şəraiti yaradır





Yasamal rayonu Musabəyov parkının yaxınlığında olan dairədə sürücülər hər gün qəza şəraiti ilə üzləşirlər. Səbəb isə yolda bəzi nişanların düzgün qoyulmamasıdır.

Yolda nişanların düzgün qoyulmaması sürücüləri çaş-baş salır. Hətta onlar qəza şəraiti ilə də üz-üzə qalırlar.

Söhbət Paytaxtın Yasamal rayonu Nazim Hikmət küçəsilə Mətbuat prospekti ,Əbdürrəhim bəy Haqverdiyev və Mirəli Seyidov küçələrinin kəsişməsində olan dairədən gedir.

Belə ki, Nazim Hikmət küçəsindən dairə istiqamətində qoyulan ''Dairəvi hərəkət '' nişanı götürülərək yerinə sağa hərəkət nişanı qoyulub. Bu isə o deməkdir ki, Nazim Hikmət küçəsindən gələn sürücülər üstünlüyə malikdirlər. Bu zaman isə parkətrafı yolla hərəkət edən sürücülər onlara yol verməlidirlər.

Nəqliyyat eksperti Ərşad Hüseynov isə bu nişanın götürülməsinin sürücülər üçün qəza şəraiti yaratdığını bildirir.

Ekspert deyir ki, əgər parkətrafı yolla hərəkət edən avtomobillər Nazim Hikmət küçəsi tərəfdən hərəkət edən sürücülərə yol versələr, onda parkətrafı yolda sıxlıq yaranacaq. Bu da həm Mirəli Seyidov küçəsi ilə, həm də Mətbuat prospekti ilə kəsişmədə sıxlığa səbəb olacaq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024