Mobil versiya
Şəhidlərin medalları övladlarına verildi - FOTO
Tarix: 18-05-2016 | Saat: 19:26
Bölmə:Gündəm | çapa göndər

Şəhidlərin medalları övladlarına verildi - FOTO





Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti" mövzusunda elmi-praktiki seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev giriş nitqi söyləyərək seminarı açıq elan edib.

İyirmi dörd il öncə Laçının işğal edilməsi barədə ətraflı məlumat verilib. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani "Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti" mövzusunda geniş məruzə ilə çıxış edib.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Respublika Veteranlar Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Silahlı Qüvvələr Hərbi Akademiyasının baş müəllimi, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, millət vəkili, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri müxtəlif mövzularda çıxış edərək bu cür seminarların Silahlı Qüvvələrin şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər.

Seminar iştirakçıları Azərbaycan Prezidentinin sərəncamı və müdafiə nazirinin əmri ilə medallara layiq görülmüş şəhidlərin övladlarına həmin medalların təqdim edilməsi mərasimində iştirak edib və 2-5 aprel 2016-cı il döyüş əməliyyatlarına həsr olunmuş videoçarxlara baxıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024