Mobil versiya
Allahşükür Paşazadənin deputat qudasının evindən silah-sursat tapıldı Bakıda ŞOK ƏMƏLİYYAT:
Tarix: 16-05-2016 | Saat: 17:00
Bölmə:Gündəm | çapa göndər



Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilib.

Aia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb. Faktla bağlı dindiriliən hacı Qalib Salahzadə ifadəsində bildirib ki, bu sulah-sursatdan xəbəri yoxdur, orada yaşamır və həmin evdə xidmətçilər və mühafizəçiləri qalırlar.

Deputatın evində belə bir əməliyyat keçirilməsini hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər. Məlumata görə, əməliyyatı polis keçirib və evdən patronla dolu silah daraqları, silahlar və xeyli patron aşkar edilib. Artıq məsələ DİN rəhbərliyinin nəzarəti altındadır və hazırda ciddi araşdımalar aparılır.

Deputat belə bir faktın baş vermədiyini, məlumatın ona qarşı təxribat olduğunu bildirib.

Qeyd edək ki, Sabunçu rayonundan millət vəkili olan Qalib Salahzadə həm də Allahşükür Paşazadənin qudasıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024