Mobil versiya
“Hökumətin belə bir planı yoxdur” - Erməni vitse-spiker
Tarix: 10-05-2016 | Saat: 19:38
Bölmə:Gündəm | çapa göndər

“Hökumətin belə bir planı yoxdur” - Erməni vitse-spiker






Xəbər verdiyimiz kimi, işğalçı Ermənistanın keçmiş baş naziri və hazırda parlament üzvü olan Qrant Baqratiyan Ermənistanın Metsamor atom elektrik stansiyasında nüvə silahına sahib olması və ondan təhlükəsizliyin təmini məqsədilə istifadə edə biləcəyi ilə bağlı açıqlamalar verib.

Rusiya mətbuatının verdiyi məlumata görə, erməni parlamentinin vitse-spikeri Eduard Şarmanazov isə bildirib ki, Ermənistan nüvə silahı istehsal etməyə hazırlaşmır.

“Ermənistan atom elektrostansiyasını elektrik enerjisinin istehsalı kimi dinc məqsədlər üçün istifadə edir. Hökumətin nüvə silahı istehsal etmək kimi bir planı yoxdur”, - deyə Şarmazanov söyləyib.

Vitse-spikerin sözlərinə görə, Qrant Baqratiyanın fikri onun öz şəxsi rəyidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024