Mobil versiya
Rusiyalı hərbi şərhçi: "Ermənistan məğlub olmağa məhkumdur"
Tarix: 06-04-2016 | Saat: 11:49
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər




"Dağlıq Qarabağda hərbi vəziyyət qeyri-stabildir, Ermənistan məğlub olmaq üzərdir. Ona görə ki, Ermənistan ordusu texnoloji cəhətdən Azərbaycan ordusundan çox geridə qalır. Azərbaycan ordusu texnoloji cəhətdən müharibəyə daha yaxşı hazırlaşıb. Ordunun sərəncamında təkcə Rusiyadan alınan yox, həm də İsraildən alınan müasir texnikalar var. İsraildən alınan pilotsuz uçuş aparatları ilə Azərbaycan Ermənistan ordusunun içinə belə daxil ola bilir və dəqiq zərbə ilə istədiyi hədəfi məhv edir. Bunu son 3 gündə münaqişə zonasında baş verənlər bir daha sübut etdi. Ona görə də, hazırki vəziyyətdə Ermənistan üçün hücum müharibəsi qəbul edilməzidr. Bu müharibədə Ermənistan məğlub olmağa məhkumdur. Texnoloji qeyri-bərabərlik bunun əsas səbəblərindən biridir".

Aia.az bildirir ki, bunu APA-ya müsahibəsində rusiyalı tanınmış jurnalist, "Novoya qazeta"nın hərbi şərhçisi Pavel Felgenqauer deyib.

Onun sözlərinə görə, Ermənistan müharibəyə hazır deyil: "Ya da ki, Yerevan Rusiyadan pilotsuz uçuş aparatları almalıdır, ordusunu daha müasir texnika ilə təmin etməlidir. Hazırki şərtlərlə Ermənistan müharibəyə davam etsə, yəni, münaqişənin eskalasiyası daha da güclənsə, bu, Ermənistanın tam məğlubiyyəti ilə nəticələnəcək".

P. Felgenqauer Rusiyanın Dağlıq Qarabağdakı hərbi qarşıdurmanı necə dəyərləndirdiyini də şərh edib. Onun fikrincə, rəsmi Moskva hələlik bu barədə nə edəcəyini bilmir: "Rusiya hələ münaqişə zonasında vəziyyətin nə dərəcədə ağırlaşmasını dəqiqləşdirməyib. Moskva məsələyə yalnız siyasi anlamda qarışa bilər. Tərəfləri münaqişəni dayandırmağa, danışıqlar masasına əyləşməyə məcbur edə bilər. İndiki vəziyyətdə Ermənistana hərbi dəstək verməyi Rusiya istəməz. Çünki bu, Rusiyanın strateji maraqlarına uyğun deyil. Rusiyanın strateji maraqları Cənubi Qafqazda bütün ölkələrlə yaxşı münasibət qurmaqdır. Azərbaycanla münasibətləri korlamaq Moskvanın strateji maraqlarına cavab vermir. Ona görə də Moskva çalışacaq ki, atəşkəs əldə olunsun".

Hərbi jurnalist bildirib ki, Azərbaycanın Ermənistandan hərbi üstünlüyü göz qabağındadır.

Hərbi şərhçi münaqişənin danışıqlar yolu ilə həllinə inanmadığını da söyləyib: "Dağlıq Qarabağdan başqa, digər 7 rayon da işğal altındadır. Uzun illərdir ki, həmin rayonların ilkin mərhələdə geri qaytarılması ilə bağlı danışıqlar gedir. Lakin bu danışıqların heç bir nəticəsi olmayıb. Ona görə də bundan sonra da danışıqlarda bu məqamın öz həllini tapacağı inandırıcı deyil".

P. Felgenqauer Dağlıq Qarabağdakı hərbi qarşıdurmanın Rusiya KİV-lərində birtərəfli işıqlandırılması məsələsinə də toxunub. O, bunu erməni lobbisinin Rusiyada güclü olması ilə əlaqələndirib: "Həqiqətən də Rusiya KİV-ləri ermənipərəst mövqe sərgiləyir. Ona görə ki, ölkə mediasının rəhbərliyində çoxlu sayda ermənilər təmsil olunurlar. Rusiyada Azərbaycan lobbisi də mövcuddur, lakin erməni lobbisi ilə müqayisədə zəifdir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024