Mobil versiya
Cəbhə xəttində FHN əməkdaşı və iki dinc sakin yaralandı
Tarix: 05-04-2016 | Saat: 10:47
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Cəbhə xəttində FHN əməkdaşı və iki dinc sakin yaralandı
Erməni silahlı qüvvələrinin atəşi nəticəsində bir yanğınsöndürən yaralanıb.

Aia.az xəbər verir ki, APA TV-nin Qarabağ bürosunun məlumatına görə, yaralananlardan biri Fövqəladə Hallar Nazirliyinin Ağdam Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Akif Mustafayev olub.

O, Ağdamın Əfətli ərazi nümayəndəliyinin Qaradağlı kəndini ermənilərin iriçaplı silahlardan atəşə tutması nəticəsində evlərdə baş vermiş yanğını söndürən zaman top mərmisindən yaralanıb.

Qarın boşluğundan xəsarət almış Akif Mustafayev Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

Erməni silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın daha 2 dinc sakini də yaralanıb. Aprelin 4-ü axşam saatlarında Ağdam rayonunun Orta Qərvənd kənd sakinləri 48 yaşlı Heydərov Fərhad Lənkəran oğlu və 27 yaşlı Heydərov Rəşad Qulu oğlu da ermənilərin açdığı atəş nəticəsində baş nahiyəsindən yaralanıblar.

Hər iki sakin Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024