Mobil versiya
Rəsmi Rusiyadan cəbhədəki gərginliyə - İlk reaksiya
Tarix: 02-04-2016 | Saat: 13:41
Bölmə:Gündəm / Siyasət / Aia TV / Karusel | çapa göndər



“Moskva Dağlıq Qarabağdakı mövcud durumla bağlı daxil olan informasiyaları araşdırır”.

Aia.az xəbər verir ki, belə bir açıqlama ilə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib: “Biz daxil olan informasiyanı diqqətlə araşdırırıq”.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ötən gecə cəbhədə baş verən atışma ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, aprelin 2-nə keçən gecə cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024