Mobil versiya
"AYIQ SÜRÜCÜ"DƏN ÖZÜNÜZÜ GÖZLƏYİN!
Tarix: 29-03-2016 | Saat: 11:54
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

"AYIQ SÜRÜCÜ"DƏN ÖZÜNÜZÜ GÖZLƏYİN!

"Düşün, səni gözləyən var. Ata, evə tez gəl!!!" İlk baxışda bu elan insan amilini hər şeydən üstün tutanların təşəbbüsü kimi görünür və hamıya elə gəlir ki, bu sözləri özünə şüar seçən "Rahat ayıq sürücü" xidmətinin yeganə məqsədi sərxoş avtomobil sürücülərini sağ-salamat mənzil başına çatdırmaqdır. Vəd olunur ki, sadəcə *5151 -ə zəng vurmaqla lazımi vaxtda lazımi ünvana təcrübəli sürücü sifariş etmək olar. Xidmət həftənin 7 günü sutkanın 24 saatı ərzində təklif olunur. Xidmət haqqı şəhərdaxili 10 manat, şəhərətrafı 15-20 AZN təşkil edir. Bayram günlərində bu xidmət növündən istifadə edənlərin sayı adi günlərdəkindən çox olur.

Amma filosof Emanuil Kantın belə bir müdrik kəlamı var: "Görünən hər şey görünməyənin kölgəsidir" Sən demə, ayının bir armudun başında 1000 oyunu olduğu kimi, "ayıq sürücü"nün də açdığı 5151 oyunu varmış sərxoş sürücünün başında. Artıq bu xidmətdən istifadə edənlərin də çoxunun narazılıq ifadələri KİV-də yer almaqdadır. Bu xidmətin DYP ilə əlbir işləyərək, avtomobilin sükanı arxasında sərxoş vəziyyətdə olanlara pul tələsi qurduqları barədə məlumatlar dolaşır. Tez-tez rast gəlinən neqativ hallardan biri budur ki, "ayıq sürücü" sifarişçinin avtomobilini əksər hallarda onun evinin həyətinə kimi deyil, yaşadığı məhlənin başına qədər gətirir. Sifarişçi özünə güvənərək, tutaq ki, son 100-150 metr məsafəni avtomobilini özü idarə edir. Və elə bu vaxt haradansa DYP ekipajı peyda olur və onu düz qapısının kandarında sərxoş vəziyyətdə haqlayır.

Başqa bir neqativ hal isə "Ayıq sürücü"nün tətbiq etdiyi "3+1" güzəşt kampaniyasını müşayiət edən mənfi assosiasiyalarla bağlıdır. Demək, *5151-ə 3 dəfə müraciət edən "zavseqdatay" müştərələrə 4-cü dəfə pulsuz xidmət göstəriləcəyi vəd olunur və hər dəfə xidmətdən istifadə etdikdə, ona xüsusi olaraq bu məqsədlə verilmiş kartda qeydiyyat aparılır. Amma müşahidə olunub ki, eyni adamın "ayıq sürücü"yə dördüncü dəfə işi düşəndə gah deyirlər "sizə güzəşt gələn dəfə tətbiq olunacaq", gah da bildirirlər ki, "artıq güzəştdən istifadə etmisiniz". Bir sözlə, hər vəchlə çalışırlar ki, pul alsınlar. Eyni hadisə bu günlərdə 7227 nömrəli kartın sahibi olan müştərinin başına gəlmişdir. Onu aldatmağa çalışan, özünü Əliyev Əli kimi təqdim edən ayıq sürücü təmsil etdiyi şirkətin rəhbərinin hacı olduğunu bildirərək, bununla da fəaliyyətində halallığa üstünlük verdiklərini sübut etməyə çalışmışdılr. Amma əlbəttə ki, yalan vəd və yaxud, verdiyi vəddən boyun qaçırmaq halallıqla bir araya sığan əməllər deyildir.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024