Mobil versiya
Siyavuş Novruzov: “Əli Kərimli gedib yer belləsin, ağac əksin…”
Tarix: 11-07-2015 | Saat: 12:28
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



“ABŞ-da oturan senator bilmir ki, Xədicə İsmayıl, Leyla Yunus kimdir. Bu bəyanatı oxuyan kimi görürəm ki, Əli Kərimlinin yazıb göndərdiyi materialdır, senatorlar qol çəkib, yenidən qaytarıblar”

Bunu azvision.az-a Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP rəsmisi ABŞ-ın 16 senatorunun Azərbaycan prezidenti İlham Əliyevə məktub yazmasına münasibət bildirərək onların ünvanına kəskin ittihamlar səsləndirib: “Kim onlara belə bir hüquq verib ki müxtəlif ölkələrdə monitorinq aparsınlar? Yoxsa nəzarət mexanizmi aparan qurumun üzvləridirlər? Hansı ixtiyarla belə bəyanat yayırlar? Bir ölkənin senatoru digər bir ölkə haqqında müraciət göndərir, bəyanat verir. Gülünc doğurur.

Azərbaycanın torpaqları 20 ildən artıqdır işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var, 20 mindən çox dinc sakin həlak olub. Xocalı kimi soyqırım hadisəsi baş verib. Belə başa düşək ki, bunları insan hüquqlarını pozulması hesab etmirlər?

5-6 nəfər xain, ermənilərə işləyən, vergidən yayınan, peşə fəaliyyəti ilə deyil, anti-Azərbaycan fəaliyyəti ilə məşğul olanların hüquqları guya pozulub, bərpa olunmalıdır?”.

S.Novruzov hesab edir ki, Azərbaycana qarşı belə ədalətsiz mövqe nümayiş etdirirlərsə, o zaman Milli Məclis ABŞ prezidenti Barak Obamaya müraciət edib ondan hesabat istəyəcək: “Biz də sabah yığışıb, Azərbayacan parlamenti adından Barak Obamaya müraciət göndərəcəyik . Qoy, hesabat versin ki, qaradərililəri niyə qırırlar? Onlara qarşı niyə soyqırım həyata keçirirlər?

Son altı ayda 100-dən artıq insan niyə öldürülüb. Kütləvi aksiyalar nədən amansızcasına dağıdılır?
O cümlədən 70-dən artıq jurnalist nə üçün məsuliyyətə cəlb olub. Quantanamoda insanlıq əleyhinə olmazın cinayətləir törədilib.

Bundan başqa nə üçün İŞİD-in həyata keçirdiyi qətliamlara susqunluq nümayiş etdirilir? Bəs bunlar insan hüquqlarının pozulması deyil? İŞİD 10 minlərlə insanın başını kəsir. Senatorlar bunu görmür, yoxsa sərf etmir?
Niyə öz prezidentlərinə məktub yazmırlar ki, insan ölümünün qarşısı alsın. Liviyada bilinmir dövlət var, ya yox, gül kimi dövlətləri var idi. Yəmən, Tunis, Misir onun kimi. Qatıb-qarışdırıblar aləmi bir-birinə. Sual verib, bunlara izahat istəsinlər. Yoxsa, Xədicə İsmayıl belə gəlidi, Leyla Yunus elə gəldi”.

Deputat hesab edir ki, senatorların ünvanladığı müraiətin müəllifi AXCP sədri Əli Kərimlidir: “Bunu uşaq da oxuyub başa düşə bilər. Əli Kərimli belə işlərlə məşğuldur, bununla çörək pulu qazanırlar. Ondansa, gedib əlinə bel alıb, ağac əksə, yer şumlasa daha çox öz xalqına xeyir verə bilər, nəinki bu cür əməllərlə məşğul olmaqla”, - deyə deputat vurğulayıb.

S.Novruzov həmçinin bəzi müxalifətçilərin iqtidara işləməsi ilə bağlı iradlara da münasibət bildirib.
“İqtidara işləmək xalqa, dövlətə işləmək deməkdir. İqtidara işləmək erməniyə, ermənipərəst qüvvələrə işləməkdən, xalqın kürəyinə bıçaq saplamaqdan on dəfə yaxşıdır.

Məsələn, AXCP-dən son istefa verən sədr müavini Əbülfəz Qurbanlı ömrü boyu Əli Kərimlinin, Milli Şuranın mitinqlərini aparan adam olub. Təbii ki, o mitinqləri aparanda yaxşı idi, istefa verəndə isə iqtidara işləyən olur”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024