Mobil versiya
Yaşıl küknar, yoxsa göyərən səməni...
Tarix: 22-03-2016 | Saat: 09:53
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Azərbaycanda Manna dövlətindən başlayaraq Atəşpərəstlik, Alban xristianlığı, daha sonra isə ərəblərin İslam dini formalaşdı. Azərbaycanda bir neçə dinin əlamətləri bu gün də yaşamaqdadır. Qərblə Şərqin qovşağında yerləşən Azərbaycanda Hicri və Qəməri təqvimi ilə təzələnən illər ölkəmizdə təntənə ilə qeyd olunur. Bu bayramların əsas atributları sayılan Yeni ilin yaşıl küknarı, yoxsa Novruzun göyərən səmənisi əzizdir? Bu Novruz günlərində insanların bu barədə rəyini öyrənməyə çalışdıq. İlk müsahibim Sumqayıtın fəal gənclərindən olan Ruslan Qarayevdir

-Bayramlardan sizə hansı daha əzizdir. Yeni il, yoxsa Novruz?

-Novruz bayramı türk xalqlarının əsas bayramı sayılır. Novruz sözü yeni gün deməkdir. Yeni il xristianların bayramıdır. Santa Klaus, Şaxta baba, Yolka ağacı bu Rus İmperiasından bizə qalan mirasdır. Novruz türk adət-ənənəsidir. Mən uşaqlıqdan yolka bəzəməmişəm.Yeni il 31 Dekabrda başlayır. Martın 20- sində gecə-gündüz bərabərləşir. Əsl yeni il məhz Novruzda başlayır. Çünki bahar məhz bu vaxtı gəlir. Bu gün yeni gün yeni fəsil başlayır. Pakistan, İran, Türkiyə kimi oturuşmuş müsəlman ölkələrində Yeni il təmtəraqla qeyd olunmur. Bizdə rus əsarətində Yeni il daha təmtəraqlı idi. Artıq bizdə 25 illik müstəqil ölkə kimi getdikcə Novruz Yeni ildən fərqli daha yaxın bayram kimi qeyd olunur. Hal- hazırda Novruzu əhalinin müəyyən hissəsi təmtəraqla qeyd etmir. Çünki əhalinin bir qisminin sosial durumu pisdir. Amma yadımdadır ki, 15 il bundan əvvəl ilk Çərşənbə daha yaxşı qeyd olunurdu. Ancaq indi vəziyyət bir qədər dəyişib. Doğrudan da təzəlik gətirən baharın gəlişini, təbiətin oyanışını bildirən yeni gün Novruz bayramı mənə daha əzizdir.

Elşən Bünyadovun sualımıza cavabı belə oldu:

-Yeni il bizə Sovet dönəmindən qalma bir bayramdır. Novruz isə milli bayramımızdır. Əgər evdə pul, ərzaq varsa, övladın xəstə deyilsə, elə bunun özü mənim üçün ən böyük bayramdır. Fərq eləməz Yeni il, ya Novruz. İndi ehtiyacdan bayramı qeyd eləməyənlər var. Yeni il bir şampan şərabı bir də tortdur. Novruz isə çox böyük xərc tələb edir.

Təranə Hacızadə- Novruz milli bayramımız olduğuna görə mənə daha yaxındır.

Xəyalə Hüsüzadənin sualımıza cavabı belə oldu:

-Bu bayramların heç birinin mənim üçün əhəmiyyəti yoxdur. Çünki bayram əhval ruhiyyəm yoxdur. Pul yoxdur, yaxşı qonşular yoxdur, qohumluq əlaqələrim

yoxdur. Ümumiyyətlə həyatımda xoş ovqat yaradacaq heç nə yoxdur. Ona görə də bayram əhəmiyyətsizdir.

Nərminə Hüseynova isə sualımızı belə cavablandırdı:

- Novruz mənim üçün daha əzizdir. Çünki bu gün Cənabi Əlinin taxta çıxdığı gündür. Həm də yeni gün, yeni fəsil başlayır. Milli olduğuna görə mənə daha əzizdir.

Müsahiblərimizin hər birinin fikrinə hörmətlə yanaşır. Onlara təzələnən gündə, ildə bol ruzi, xoş ovqat, əmin amanlıq arzusu ilə

Şirxanlı Rövşən.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024