Mobil versiya
Ana Vətən Partiyası Neftçala rayon təşkilatının növbəti konfransı keçirilmişdir.
Tarix: 09-03-2016 | Saat: 14:16
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq onun xatirəsini yad etdilər. Konfransın işində partiya Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, Təşkilat Şöbəsinin müdiri, Mərkəzi Şura üzvü Azər Quluzadə və Ali Məclisin üzvü Şahin Zərbəliyev iştirak etmişdir.
İclasda təşkilat komitəsinin hesabatı dinlənilmiş və təşkilati məsələlərə baxılmışdır. İlk olaraq sədr müavini Elçin Ağamalı çıxış edərək regionda və Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə konfrans nümayəndələrinə məlumat vermişdir. O eyni zamanda AVP-nin fəaliyyəti, apardığı siyasət və partiyadakı təşkilatı işlərə də toxunmuşdur. İkinci məsələ kimi təşkilatı məsələlərə baxılmış, rayon təşkilatının sədri, sədr müavini, rayon qadınlar şurasının sədri, rayon gənclər təşkilatının sədri, rayon məclisinin üzvləri, rayon şurası və nəzarət təftiş komissiyasının üzvləri seçilmişdir. Mehdiyev Mirzamin Tofiq oğlu AVP Neftçala rayon təşkilatının yeni sədri seçilmişdir. Konfransın sonunda partiyaya yeni qoşulmuş anavətənçilərə üzvülük vəsiqələri təqdim edilmişdir.
Ana Vətən Partiyasının Mətbuat Xidməti.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024