Mobil versiya
Məktəbdə 8 Mart üçün hər şagirddən 30 manat
Tarix: 04-03-2016 | Saat: 19:50
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər




Övladı Bakının Nəsimi rayonunda yerləşən 35 saylı orta məktəbdə təhsil alan valideynlərdən biri müraciət edərək adıçəkilən məktəbin rəhbərliyindən şikayət edib.

Övladına təzyiq ediləcəyindən qorxaraq, adının çəkilməsini istəməyən valideynin sözlərinə görə, məktəbin direktoru Rəna Naibovanın göstərişi ilə 8 mart bayramı ilə əlaqədar hər şagirddən 30 manat pul yığılır.

Valideyn isə pulu verməyə imkanı olmadığını, olsaydı belə, verməyəcəyini deyib. Məktəb rəhbərliyinin artıq mütəmadi xarakter alan bu əməllərindən təngə gəldiyini deyən valideyn bu məsələdə sonadək mübarizə aparacağını bildirib.

Məsələ ilə bağlı sözügedən məktəbin direktoru ilə əlaqə saxlamaq istəsək də, telefona cavab verən olmadı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024