Mobil versiya
Müharibə Veterani Prezident-dən Kömək istəyir-3-ci Məktub
Tarix: 09-07-2015 | Saat: 20:24
Bölmə:Gündəm / Karusel | çapa göndər

Müharibə Veterani Prezident-dən Kömək istəyir-3-ci Məktub
Hörmətli Redaksiya! H.Əliyev adına BDÖZ-un hüquqşünası Zülfüqar Əsgərov tərəfindən 22.07.2013-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına təqdim olunmuş şikayət ərizəsində göstərilir ki, birinci instansiya məhkəməsi işi araşdırarkən sübutlara düzgün qiymət verməmiş, zavodun bütün qaynaqçılarının müvafiq əsaslarla (ancaq hansı əsas? məlum deyil) “BOSS ŞELF MMC-ə işə keçmələri və zavodda yeni ştat cədvəllərinin qüvvəyə minməsi faktına əhəmiyyət verməmişdir. İşçinin əmək müqaviləsinin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi (ƏM-nin 80.2-ci maddəsi) məsələsini də araşdırmamışdır. Bununla da məhkəmə işə ədalətsiz yanaşmışdır.

Mən isə məhkəmədə hüquqşunas Zülfüqar Əsgərova və hakimlərə AR ƏM-nin 80.2-ci maddəsini izah etdim: “Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən h/t – nın qabaqcadan razılığının alınması tələb olunmur”.

AR ƏM-nin 80.1-ci maddəsi: Bu məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin h/t – nın qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. H/t əmək müqaviləsinin ləğvi üçün bu məcəllədə nəzərdə tutulan əsasın düzgün tətbiq edildiyini, işçinin təqsirini və məsuliyyətini obyektiv və qərəzsiz araşdıraraq özünün yazılı qərarını üç gün müddətində işəgötürənə təqdim etməlidir.

İndi ortaya belə bir sual çıxır: mən əgər h/t-nın üzvü olmamışamsa, onda məndən nə üçün işlədiyim 5(beş) ildən artıq müddətdə aylıq maaşımdan üzvlük haqqı tutulurdu? Yox, əgər h\t-nın üzvü olmuşamsa, onda bəs niyə h/t ƏM-nin 80.1-ci maddəsinə görə mənim təqsirimi və məsuliyyətimi yazılı surətdə göstərmir?

İddiaçı iddia ərizəsində göstərir ki, Ulu Öndər Heydər Əliyevin ARDNŞ-ın tərkibinə daxil olan müəssisələrin işinin bazar iqtisadiyyatının prinsipləri əsasında yenidən qurulması, respublikamızın neft və qaz ehtiyatlarından daha da səmərəli istifadə edilməsinə və onun müasir tələblərə cavab verən səviyyəyə çatdırılmasının təmin edilməsinə yönəldilmiş ARDNŞ-nın strukturunun təkmilləşdirilməsi haqqında 24.01.2003-cü il 844 saylı sərəncamından irəli gələn vəzifələrin davamı olaraq ARDNŞ-ın prezidentinin əmlakı icarəyə verilməsi haqqında 196/s saylı 14.09.2012-ci il tarixli sərəncamına əsasən “BOSS ŞELF” MMC-ə icarəyə verilmişdir.

Hörmətli Redaksiya! İşçi qüvvəsi nə vaxtdan “əmlak” anlayışına daxil olunub???

ARDNŞ-nın təkmilləşdirilməsi haqqında AR Prezidentinin 24.01.2003-cü il tarixində verdiyi 844 saylı fərmanını təqdim edirəm:

1) ARDNŞ-ın nizamnaməsi təsdiq edilsin(əlavə olunur – Əlavə 1);

2) ARDNŞ-ın strukturu təsdiq edilsin(əlavə olunur – Əlavə 2);

3) ARDNŞ-a tapşırılsın ki, 1(bir) ay müddətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada şirkətin tərkibinə daxil olan:

* Dənizdə Neft və Qaz Çıxarma İstehsalat Birliyini və Quruda Neft və Qaz Çıxarma İstehsalat Birliyini birləşdirsin və onların bazasında “Azneft” İstehsalat Birliyi yaratsın;

* Xarici İqtisadi Əlaqələr İdarəsini və “Aznefttəchizat” Birliyini birləşdirsin və onların bazasında “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsini yaratsın;

* Magistral Neft Kəmərləri İstehsalat Birliyinin bazasında “Neft Kəmərləri” İdarəsini yaratsın;

* “Şelflayihətikinti” İstehsalat Birliyinin bazasında “Bakı Dərin Özüllər Zavodu”nu yaratsın;

* “Azərneftyağ” İstehsalat Birliyinin bazasında “Azərneftyağ” neft emalı zavodunu yaratsın; “Azərneftyanacaq” İstehsalat Birliyinin bazasında “Azərneftyanacaq” neft emalı zavodunu yaratsın.

4) ...

8) Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev

Bakı şəhəri, 24 yanvar 2003-cü il N_844



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024